İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Zelenskidən tələb etdi: “Kostyum geyin, qalstuk tax”

Musavat.com xəbər verir ki, Ağ Ev Ukrayna Prezidenti Vladimir Zelenskidən ABŞ prezidenti Donald Tramp ilə nəzərdə tutulan görüşə kostyum və qalstukda gəlməsini xahiş edib. Bu barədə məlumatı “Wall Street Journal” yayıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Zelenski heç bir tədbirə və görüşə klassik rəsmi geyimdə qatılmayıb. O, daim hərbi formada, daha çox “savaş geyimi” üslubuna üstünlük verib. Elə buna görə də bu ilin əvvəlində Oval kabinetdə keçirilən görüş zamanı müəyyən narazılıq yaranmış, Ağ Evdə Zelenskiyə irad bildirilmişdi ki, niyə küçə geyimində danışıqlara qatılır, niyə klassik kostyum geyinmir.

İndi isə Ağ Ev rəsmi qaydada Zelenskidən xahiş edib ki, Tramp ilə keçiriləcək görüşə məhz klassik kostyum və qalstukda qatılsın.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR