İnsanlara hürriyət, millətlərə istiqlal!

30 Şimali Koreya əsgəri sərhədi keçdi: Seul xəbərdarlıq atəşi açdı

Koreya yarımadasında sərhəd insidenti yaşanıb.

Musavat.com xəbər verir ki, bu saatlarda Cənubi Koreya ilə Şimali Koreya arasında insident yaşanıb. Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, təxminən 30 nəfərdən ibarət Şimali Koreya hərbçisi sərhədi keçərək Cənubi Koreya ərazisinə daxil olub.

Hadisə dərhal Cənubi Koreya ordusunun reaksiyasına səbəb olub. Hərbçilər xəbərdarlıq atəşi açaraq Şimali Koreya əsgərlərinin irəliləməsinin qarşısını almağa çalışıblar. İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, lakin mütəxəssislər bu addımı Pxenyanın təxribatı və ya planlaşdırılmış siyasi jest kimi dəyərləndirirlər.

Sərhəddə belə halların yaşanması iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər. Hazırda vəziyyət nəzarət altında olsa da, hadisənin regionda sabitliyə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıqlar edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR