İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Bir Kəmər-Bir Yol Təşəbbüsünə nəhəng yatırım – Ən çox payı bu ölkə alıb

Çin şirkətləri 2025-ci ilin ilk altı ayında “Bir Kəmər və Yol Təşəbbüsü”ndə iştirak edən ölkələrlə rekord məbləğdə - 124 milyard dollarlıq müqavilələr imzalayıblar.

Musavat.com xəbər verir ki, hesablama Avstraliyanın Griffith Universiteti və Pekin Yaşıl Maliyyə və İnkişaf Mərkəzinin araşdırması çərçivəsində aparılıb.

Bildirili ki, bu, 2024-cü ilin ümumi məbləğindən (122 milyard dollar) çoxdur.

Yanvar-iyun aylarında ümumilikdə 176 yeni saziş imzalanıb. Bunlardan bir neçəsi dəyəri 10 milyard dollardan çox olan meqasazişlərdir.

Altı ayda Çin Afrikada (39 milyard dollar) və Mərkəzi Asiyada (25 milyard dollar) ən böyük investisiya aktivliyi göstərib. Neft və qaz müqavilələri və sərmayələri ilin birinci yarısında rekord həddə - 44 milyard dollara çatıb ki, bunun da 20 milyard dolları Nigeriyada emal gücünə yönəldilib.

Qazaxıstan Çinin tərəfdaşları arasında ən çox investisiya alan ölkə olub - “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində ölkəyə investisiyalar 23 milyard dollar təşkil edib. Eyni zamanda Latın Amerikası son 10 ildə minimum investisiya həcmini alıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR