Onlayn ictimai-siyasi qəzet
Britaniyanın “Daily Mail” nəşri Pekinin Qərb ölkələrinə ixrac etdiyi günəş panellərində təhlükəli məqamı ortaya çıxarıb.
Musavat.com xəbər verir ki, iddiaya görə, Çin bu panellərə gizli “dayandırma açarları” yerləşdirib və bu texnologiya potensial olaraq Pekinə düşmən saydığı ölkələrin enerji sistemlərini istənilən vaxt çökdürmək imkanı verir.
Nəşrin yazdığına görə, bu sistemlər Üçüncü Dünya Müharibəsi kimi fövqəladə vəziyyətlərdə aktivləşdirilə bilər və nəticədə Qərb dövlətlərinin enerji təchizatı tamamilə iflic ola bilər:
“Pekinin 3-cü Dünya Müharibəsi vəziyyətində düşmən ölkələri qaranlığa sürükləmək planı üzə çıxıb.”
Günəş enerjisi sektorunda dünya lideri olan Çin, hazırda qlobal bazarda satılan günəş panellərinin böyük hissəsini təmin edir. Bir çox Qərb ölkəsinin dövlət və özəl enerji şirkətləri bu panellərdən geniş istifadə edir. Mütəxəssislər bu səbəbdən məsələni ciddi milli təhlükəsizlik riski kimi qiymətləndirir.
“Daily Mail”ə görə, sözügedən panellərə yerləşdirilən mexanizmlər uzaqdan şəbəkə vasitəsilə aktivləşdirilə bilər və panellərin işini tamamilə dayandırır. Bu, yalnız bir ölkənin enerji infrastrukturunu sıradan çıxarmaqla kifayətlənməyəcək, həm də iqtisadi və hərbi baxımdan böyük böhranlara səbəb ola bilər.
Hələlik Çin rəsmiləri bu iddialara münasibət bildirməyiblər. Qərb ölkələrinin isə öz enerji təhlükəsizliyini yenidən gözdən keçirmələri və Çindən gələn texnoloji avadanlıqlara daha sərt nəzarət tətbiq etmələri gözlənilir.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ