Onlayn ictimai-siyasi qəzet
HƏMAS İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı aparılan danışıqlarda yumşaq mövqe sərgiləməyə hazır olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə hərəkatın yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, HƏMAS danışıqların bütün mərhələlərində konstruktiv mövqe nümayiş etdirib və Fələstin xalqının qanuni tələblərinə əsaslanan hərtərəfli və qəbul edilə bilən razılaşmaya nail olmağa çalışıb. Bunun müqabilində isə İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirib.
HƏMAS bu addımı danışıqlardan imtina və konsensusun pozulması kimi qiymətləndirib.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ