Onlayn ictimai-siyasi qəzet
Qərbi Afrikada Rusiya və onun dəstəklədiyi hökumətlərə qarşı silahlı müqavimət güclənir.
Musavat.com xəbər verir ki, Mali ərazisində fəaliyyət göstərən və həm Mali Silahlı Qüvvələrinə, həm də Rusiyanın Afrikadakı hərbi varlığına – Afrika Korpusuna qarşı döyüşən Azavad Azadlıq Cəbhəsi (FLA) ilk dəfə optik lifli dronlardan istifadə edərkən müşahidə edilib.
Məlumata görə, bu texnologiyanın və dronların idarəsi üzrə təlimlərin Ukrayna tərəfindən təmin olunduğu ehtimal edilir.
Qeyd olunur ki, Ukrayna xüsusi təyinatlılarının Qərbi Afrikada – Mali, Burkina-Faso və Nigerdə Rusiyaya və onun dəstəklədiyi rejimlərə qarşı vuruşan bir neçə hökumət əleyhdarı qrupla əməkdaşlıq etdiyi daha əvvəl də bildirilmişdi.
Ekspertlərin fikrincə, bu məlumatlar Qərbi Afrikada geopolitik qarşıdurmanın yeni mərhələyə keçdiyini və Rusiyanın bölgədəki maraqlarının artan risklərlə üzləşdiyini göstərir.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ