Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan geri çağırılır.
Musavat.com xəbər verir ki, məlumatı Ura.ru saytı yayıb. Bildirilir ki, Spartakyan İrəvan hakimiyyəti ilə erməni kilsəsi arasında yaranan münaqişədə rəsmən ikincini dəstəkləyib.
Spartakyan özü qeyd edib ki, Yekaterinburqda yaşayıb və yaşamaqda davam edir. Və o, fəxri konsul statusu olmasa belə, Sverdlovsk sakinləri və erməni icması üçün lazım olan hər şeyi edəcəyini deyib: “Mən bütün ermənilərin mənəvi birliyinin mühüm təməli kimi Erməni Apostol Kilsəsinə qarşı hər hansı hərəkəti yolverilməz hesab edirəm”.
Spartakyan Yekaterinburqda böyüyüb, Yeltsin adına Ural Federal Universitetini bitirib. Sverdlovsk vilayətində İnsan Hüquqları üzrə Müvəkkilinin ofisində təcrübə keçib. Spartakyan 2018-ci ildə, 28 yaşı olanda fəxri konsul olub. Əvvəlcə onun konsulluq dairəsinə yalnız Sverdlovsk vilayəti daxil idi, lakin sonralar Perm və Çelyabinsk vilayətləri də daxil edilib.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ