Onlayn ictimai-siyasi qəzet
“Ermənistan” fraksiyasının deputatı və “Daşnaksütyun” partiyasının Ali Orqanının üzvü Geqam Manukyan hüquq-mühafizə orqanlarının hərəkətlərini qanunsuz adlandıraraq şəxsi mobil telefonunun qaytarılmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Manukyanın sözlərinə görə, iyulun 10-da səhər saatlarında onun oğlu Taron Manukyana qarşı aparılan istintaq çərçivəsində evində axtarış aparılıb və bu zaman deputat toxunulmazlığına baxmayaraq, onun xidməti məqsədlərlə istifadə etdiyi şəxsi telefonu istintaqçılar tərəfindən zorla müsadirə olunub.
Deputat bu məsələ ilə bağlı iki dəfə baş prokurora müraciət etsə də, 19 gündür ki, cavab verilmədiyini və hər hansı hüquqi əsas təqdim olunmadığını bildirib. Manukyan bunu həm konstitusiya pozuntusu, həm də deputat fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.
Geqam Manukyan başına gələnlərə görə yenə də Paşinyanı məsul hesab edib:
“Nikolun qulları hüquq-mühafizə sistemində işləməyə davam edəcəklər, ta ki bir gün – maaş alıb-almadıqlarından və ya ailə dolandırmalarından asılı olmayaraq – məhkəmədə öz günahlarını etiraf etməyə cəhd göstərənə qədər. Amma o zaman artıq gec olacaq”.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ