İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanlar narahatdır: Dənizə girənlər bədəndə yanıq izləri ilə çıxır

Antalya başda olmaqla Aralıq dənizi sahillərində dənizə girən vətəndaşlar dəridə yanma, qaşınma və qızartı şikayətləri ilə xəstəxanalara müraciət edir. Mütəxəssislərə görə, dəniz suyunun temperaturunun 31 dərəcəyə qədər yüksəlməsi zərərli mikroorqanizmlərin artmasına və dəriyə zərər verməsinə səbəb olur. Xüsusilə şamandıra iplərinə toxunanlarda bu şikayətlər daha çox müşahidə olunub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bu narahatlıqların artan hava temperaturu səbəbindən dəniz suyunda mikroorqanizmlərin çoxalması ilə əlaqəli olduğunu bildirirlər.

Antalya başda olmaqla Aralıq dənizi sahillərində istilik təhlükəli həddə çatıb. Şəhərdə hava istiliyi 45 dərəcəyə yüksəlib, dəniz suyu isə 31 dərəcəyə çatıb. Bu qeyri-adi vəziyyət dəniz ekosistemini pozaraq zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olub.

Ekol TV-nin müxbiri Hafizə Korkmazın verdiyi məlumata görə, xüsusilə uşaqlar və həssas dəriyə sahib olan şəxslərdə şikayətlər daha çoxdur. Bir vətəndaş yaşadığı narahatlığı belə təsvir edib:

"Dənizə girdikdən sonra bədənimdə yanma və qaşınma başladı. Belimdə və qollarımda sızanağa bənzər qızartılar yarandı."

Akdeniz Universitetinin müəllimi Prof. Dr. Mehmet Gökoğlu yüksək istiliklərin dəniz suyunun keyfiyyətini pozduğunu bildirib. Gökoğlu xüsusilə dənizdə olan köhnə şamandıra ipləri və mantar baryerlərdə çoxalan mikroorqanizmlərin dəri ilə təmasda olduqda elektrik vurmasına bənzər yanma hissi yarada biləcəyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR