İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Azərbaycanın BUNKER BOMBASI- Şuşa Bəyannaməsi işə düşəndə BUNLAR OLACAQ - Rusiya QORXUDA!

Qardaş ölkənin yeni silahının ABŞ-ın İranın nüvə obyektlərinə atdığı bombalardan daha dağıdıcı olduğu üzə çıxıb; müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı

Türkiyə İDEF 2025 sərgisində yerli istehsal nümunəsi olan yeni silah-sursat və hərbi texnologiyalar təqdim edib. Qardaş Türkiyənin nümayiş etdirdiyi “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4" ballistik raketi və "HAYALET-2" bunker bombası bütün dünyada böyük marağa səbəb olub.

Hansının ki, ABŞ-ın ötən ay İranın nüvə obyektlərinə atdığı bombalardan daha dağıdıcı olduğu üzə çıxıb.

Ümumiyyətlə, son illər həm Türkiyə, həm də Azərbaycan öz hərbi sənayesini gücləndirməkdə və daha da şaxələndirməkdədir ki, bu da hər iki türk dövlətinin artan müdafiə gücündən xəbər verir. Türkiyə və Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı onların hərbi təchizat baxımından xarici dövlətlərdən asılılığını kəskin azaldır, onlara öz müdafiələrini daxili resursları hesabına formalaşdırmağa imkan verir.

Türkiyənin təqdim etdiyi yeni texnologiyalar isə kifayət qədər güclü silahlardır. Söhbət “Tayfun BLOK 4" ballistik raketi və ”HAYALET-2" bunker bombasından gedir. Əslində müttəfiqliyimizi nəzərə alsaq, elə bu silahların Azərbaycanın hərbi arsenalında olduğunu da söyləmək mümkündür. Üstəlik, Şuşa Bəyannaməsi var və hər hansı hərbi təhdid olarsa, Türkiyə bu silahlardan düşmənimizə qarşı istifadə edə bilər.

Azərbaycan qardaş ölkədən bu texnologiyanı gələcəkdə ala da bilər. Ölkəmizə qarşı təhdidləri, regionda təhlükəsizliklə bağlı risklərin qaldığını nəzərə alsaq, hərbi potensialımızı gücləndirməyə hər zaman ehtiyac var. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıbsa, deməli, münaqişəli vəziyyət davam edir. Həmçinin şimaldan ölkəmizə hədyanlar yağmaqdadır. Hətta bu günlərdə bir başıpozuq rusiyalı fəal Bakını bombalamağa çağırmışdı.

Bütün bunlar Şuşa Bəyannaməsinin nə qədər əlahiddə bir sənəd olduğunu gələcək nəsillərə daha çox sübut edəcək. Ona görə də Türkiyənin güclənməsi Azərbaycanın qüdrətinin artması deməkdir. Bu mənada müttəfiq ölkənin hərbi sənaye kompleksinin zənginləşməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Türkiyə “Bayraktar”larının dəstəyi də qardaş ölkənin hərbi texnologiyasından istifadənin nə dərəcədə həlledici olduğunu ortaya qoymuşdu.

Bu və gündəmdəki bir çox xəbərləri  aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR