İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyan hərbi texnikaya külli miqdarda vəsait xərcləyəcək

Almaniya hökuməti hərbi texnika alışına külli miqdarda vəsait xərcləməyə hazırlaşır. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ölkə 20 Eurofighter Typhoon qırıcısı, 3000 Boxer zirehli maşını və 3500-ə qədər Patria piyada döyüş maşını almağı planlaşdırır.

Məlumata görə, təkcə Eurofighter Typhoon qırıcılarının sifarişi Almaniyaya 4-5 milyard avroya başa gələcək, Boxer zirehli maşınlarının və Patria döyüş maşınlarının alınması isə müvafiq olaraq 10 və 7 milyard avro dəyərində qiymətləndirilir. Avadanlığın 10 il ərzində Almaniyaya çatdırılması nəzərdə tutulur.

Agentlik yazır ki, Müdafiə Nazirliyi həmçinin daha çox IRIS-T hava hücumundan müdafiə sistemləri və bir neçə yüz SkyRanger PUA müdafiə platforması almaq planlarını təşviq edir.

Bundan əvvəl Almaniya Maliyyə Nazirliyi 2026-cı il üçün federal büdcə layihəsini təsdiqləyib, ona əsasən müdafiə xərclərinin təxminən 82,7 milyard avroya qədər artacağı bildirilir.

 

Musavat.com

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR