İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzadan sağ qaldı, amma... – Yeriyə bilməyən müğənni 6 ay sonra ilk dəfə səssizliyini pozdu

Müğənni Ayla Şiriyeva (Aila Rai) keçirdiyi ağır avtomobil qəzasından sonra 6 aydır ki, yeriyə bilmir.

Musavat.com bildirir ki, bu barədə müğənninin özü sosial media hesabında bildirib.

"Bu gün yanvarın 30-dan düz 6 ay keçir... Yarım il. Mənim həyatımın ən faciəli, ən qorxunc günü. 6 aydır yerimirəm, bir gün belə olsa, Allaha üsyan etmədim. Hər günümdə şükür edib Rəbbimə inandım! Bu 6 ay içində elə qorxunc, zülümlü ağrılarla baş-başa gəldim ki, bir gün belə inamsızlıq etmədim ki, ayağa dura bilməyəcəyəm! Allahın izni ilə əvvəlkindən daha güclü, daha sağlam duracağam. Yanvarın 30-u, saat 19:55 – mənim həyatımın ən qorxunc günü oldun. Rəbbim! Sənə inanıram. Mənim yaşamağım necə möcüzədirsə, ayağa qalxmağım da elə bir möcüzə olacaq. Tezliklə", - deyə müğənni qeyd edib.

Xatırladaq ki, müğənni Ayla Şiriyeva bu ilin yanvarın 31-də avtomobil qəzasına düşüb. Müğənni Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğrayıb.

Ayla Şiriyeva 2018-ci ildə Türkiyənin məşhur “O səs” yarışmasında iştirak edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR