Onlayn ictimai-siyasi qəzet
"Telegram" mesencerinin yaradıcısı Pavel Durov sevgilisi Yuliya Vavilovanın 25 yaşını təbrik etmək üçün qeyri-adi bir hədiyyə seçib. O, sevgilisinə təxminən 52 500 dollar dəyərində "Plush Pepe" adlı rəqəmsal aktiv alıb.
Biznesmen bu barədə özünün "Telegram" kanalından bildirib.
Onun sözlərinə görə, Vavilova çəhrayı-bənövşəyi kiberpank estetikasında əşyalar kolleksiyalaşdırır.
Analitiklər qeyd ediblər ki, son vaxtlar o, ən azı iki belə NFT alıb. İkinci rəqəmsal əsər ona 12 000 dollara başa gəlib.
Qeyd edək ki, Dubaya köçən Yuliya Vavilova özünü kripto investor, geymer və strimer kimi təqdim edir. Cütlüyün münasibətləri 2024-cü ilin payızında Durovun Fransada saxlanılmasından sonra ictimaiyyətə məlum olub. /Oxu.Az
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ