Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın ticarət siyasətinə reaksiyanı verməsi Ağ Evi maraqlandırmır.
Musavat.com xəbər verir ki, bunu NBC News-a müsahibəsində Ağ Evdəki Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett deyib. Onun sözlərinə görə, bazarlar nə qədər mənfi reaksiya versə belə, ABŞ yeni sövdələşmələr olmadan ticarət tariflərinin dərəcəsini dəyişməyəcək.
Hassett vurğulayıb ki, bazar oyunçuları bağlanmış ticarət müqavilələrini müsbət qəbul ediblər. O qeyd edib ki, Vaşinqton Avropanın öz bazarlarını Amerika məhsulları, fermerlər və kiçik biznes üçün açmasına nail olub.
Şuranın rəhbəri əlavə edib ki, ABŞ-a idxal olunan mallara 15 faiz rüsum qoyulub ki, bu da Vaşinqtona ildə təxminən 100 milyard dollar gəlir gətirəcək.
Əvvəllər bildirilirdi ki, dünya ticarəti ABŞ-ın son 90 ildə ən sərt olacaq yeni tarif tədbirləri səbəbindən ciddi nəticələrlə üzləşə bilər.
İyulun 14-də Tramp Ukraynadakı vəziyyətin nizamlanmasında irəliləyiş əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik ikinci dərəcəli rüsumlar tətbiq edəcəyi ilə hədələyib. Amerika lideri əvvəlcə Rusiyaya atəşi dayandırmaq üçün 50 gün vaxt versə də, iyulun 28-də bu müddəti 10-12 günə qədər qısaldıb. Müddət avqustun 8-də başa çatır.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ