Onlayn ictimai-siyasi qəzet
Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması üzrə Baş İdarəsinin rəisi Gevorq Baqdasaryan istefa verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Mənbənin sözlərinə görə, o, bu gün müvafiq ərizəsini təqdim edib.
Qeyd olunur ki, bir sıra səs-küylü işlərə baxan bu idarəyə yarandığı gündən əvvəl baş prokurorun müavini postunu tutan Gevork Baqdasaryan rəhbərlik edib. Bağdasaryan bir dəfə məhkəmədə Ermənistan Respublikasının ikinci prezidentinə qarşı ittihamı dəstəkləyib.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ