Onlayn ictimai-siyasi qəzet
İqtisadçı: “Zəngəzur dəhlizi strateji tranzit koridoru olacaq”
“ABŞ “ankor” (red: lövbər) şirkətini öncədən Qafqazda lövbər saldırır çünki Cənubi Qafqazda iqtisadi iştirak yalnız diplomatiya ilə yox, real biznes öhdəlikləri ilə bağlanmalıdır. “ExxonMobil” həm Azəri-Çıraq-Günəşlidə 6.8 payla, həm də Bakı-Tbilisi-Ceyhanda 2.5% payla artıq sistem oyunçusudur. Yeni müqavilə isə bu varlığı növbəti mərhələyə daşıyır”.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
İqtisadçı diqqətə çatdırıb ki, siyasi risk aşağı düşən kimi regiona ciddi kapital axını olacaq:
“Zəngəzur dəhlizi isə yalnız gediş-gəliş yolu deyil, nəqliyyat, enerji və rəqəmsal kommunikasiya arteriyasıdır. Buna görə də bu saziş ABŞ- nin vasitəçiliyi ilə bu dəhlizin iqtisadi doldurulması üçün “iri oyunçu gəlir” mesajı ola bilər. Nəzərə alaq ki, hələ iyun ayında açıqlanan “ExxonMobil–SOCAR” quru (onshore) kəşfiyyat-hasilat razılaşmaları Azərbaycanın hasilatı stabil saxlamaq məqsədini daşıyırdı. İndi Vaşinqtondakı bu memorandum həmin xəttin siyasi dayağını daha da möhkəmləndirir. Eyni zamanda bu dəhliz, təkcə Naxçıvanla bağlantı üçün deyil, Orta Asiya çox profilli enerji resurslarının Qafqaz üzərindən ötürülməsini da real edir çünki Zəngəzur dəhlizi beynəlmilələşəcək strateji tranzit koridoru olacaq. Digər bir tərəfdən isə Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün adi simvolik olardı, amma ABŞ Qafqazlarda praktiki iqtisadi iz buraxmaq istəyir. “ExxonMobil”-“SOCAR” Memorandumu sülhdən bir gün öncə elan olunmaqla, regional oyunda ABŞ-nin iqtisadi payını rəsmiləşdirən texniki addımdır və Moskva-Tehran xətti üçün dağıdıcı effektdir. Və nəhayət bu proseslər Bakını sülh sonrası sürət zolağına çıxaran proseslərdir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ