İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Tramp administrasiyasına Kremllə danışıqların yollarını göstərib

2025-ci ilin əvvəlindən ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Belarus lideri Aleksandr Lukaşenko arasında gizli təmaslar başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Time” jurnalının baş müxbiri Saymon Şuster məlumat yayıb. O, Lukaşenko ilə eksklüziv müsahibə aparıb və yazır ki, Belarus prezidenti amerikalılara Kremllə hansı dillə danışmaq lazım olduğunu izah edib və Moskvanın danışıqlara açıq olduğunu bildirib.

Məlumata görə, Trampın yanvar ayında keçirilən inauqurasiyasından bir ay sonra ABŞ rəsmiləri gizli missiya ilə Minskə səfər ediblər. Bu, beş səfərdən ilki olub.

Şusterin yazdığına əsasən, həmin görüşlərdən sonra ABŞ ilə Rusiya arasında Minsk vasitəsilə səssiz və gizli danışıqlar kanalı açılıb. Bu kanal vasitəsilə Tramp və Putin arasında sammit ideyası da irəli sürülüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR