İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik

Pakistan ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında tarixi sazişin imzalanmasını alqışlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Pakistan baş naziri Şahbaz Şərif X sosial şəbəkəsində yazıb:

“Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu tarixi saziş münasibətilə təbrik edirik. Bu saziş bölgənin sülh dolu gələcəyinə doğru müdriklik və uzaqgörənlik nümunəsidir. Pakistan həmişə Azərbaycan qardaş xalqını dəstəkləyib və tarixin bu anında onun yanında durur”.

Onun sözlərinə görə, bu əlamətdar hadisə Cənubi Qafqazda uzun illər boyu davam edən münaqişə və insan əzablarına son qoyaraq yeni sülh, sabitlik və əməkdaşlıq dövrünü açır.

Şərif həmçinin rəsmi İslamabadın ABŞ-ın vasitəçilik rolunu yüksək qiymətləndirdiyini vurğulayıb:

“Bu vasitəçilik tərəflərin sazişə gəlməsinə imkan verdi və ticarət, əlaqələrin inkişafı və regional inteqrasiya üçün yeni imkanlar açdı”.

Şahbaz Şərif ümidvar olduğunu bildirib ki, dialoq ruhu digər uzunmüddətli münaqişə yaşayan regionlar üçün nümunə olacaq.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR