Onlayn ictimai-siyasi qəzet
37 yaşlı şəxs 10 ildir aliment ödəmədiyi üçün həbs edilib.
Musavat.com xəbər verir ki, Rasim (ad şərtidir) 2015-ci ildə həyat yoldaşından ayrıldıqdan sonra iki övladına görə aylıq aliment ödəməli imiş.
Lakin bu müddət ərzində heç bir ödəniş etməyib.
Onun hazırda yığılan aliment ödənişləri üçün 16 min manatdan çox borcu var.
Xırdalan qəsəbəsində qeydiyyatda olan Rasimin uzun müddət olduğu yeri də müəyyənləşdirmək mümkün olmayıb. Onun barəsində axtarış elan edilib.
Axtarışlardan sonra saxlanılan Rasim məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə Rasim bir ay müddətinə inzibati qaydada həbs edilib.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ