İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Trampla Putindən əvvəl danışmaq istəyirlər

Avropa ölkələrinin rəhbərləri ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinlə Alyaskada planlaşdırılan görüşdən əvvəl danışıqlar təşkil etməyə çalışırlar. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.

Bildirilir ki,Avropa liderləri Trampla avqustun 15-dən əvvəl danışmaq istəyirlər. Təşəbbüs həftə sonu intensiv diplomatik təmaslardan, o cümlədən ABŞ-ın vitse-prezidenti JD Vence ilə Böyük Britaniyanın xarici işlər naziri David Lammy arasında şənbə günü keçirilən görüşdən sonra irəli sürülüb.

Bazar günü danışıqlar barədə Aİ səfirləri məlumatlandırılıb və bazar ertəsi ittifaq ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərlərinin virtual görüşü baş tutacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR