İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Alyaska sammitində qalib kimi Trampla danışıqlar masasına əyləşəcək - SENSASİON DETALLAR BİLİNDİ

Türkiyənin “Milliyet” qəzeti yazır ki, Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Rusiya Prezidenti Vladimir Putin görüşdə qalib kimi çıxış edəcək.

Musavat.com Türkiyənin “Milliyet” qəzetinə istinadən yazır ki, eyni zamanda, Ukrayna Prezidenti Vladimir Zelenskinin sammitə dəvət olunmadığı bildirilir.

Qəzet ABŞ prezidenti Trampı pokerdə blöf edən və “all-in” edən oyunçuya bənzədir. Yazıda Trampın əsas məqsədinin oyundan çıxmaq olduğu vurğulanır. Digər tərəfdən, Putin siyasətdə daha çox şahmatçı obrazı yaradır: onun hər bir gedişi əvvəlcədən hesablanmış, şansa inanmadığı və rəqiblərini ayrı-ayrılıqda analiz edərək strategiyasını müəyyənləşdirdiyi qeyd olunur.

Qərb alyansları isə bu vəziyyətdə çaşqınlıq içindədir, vəziyyəti dəqiq dəyərləndirə bilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR