Onlayn ictimai-siyasi qəzet
İran hökumətinin rəsmi nümayəndəsi Fatime Məhəccərani mətbuat konfransında Zəngəzur dəhlizi məsələsinə dair xəritə nümayiş etdirərək bəzi KİV-lərdə və sosial şəbəkələrdə yaranan yanlış təəssüratlara diqqət çəkib.
Musavat.com xəbər verir ki, o bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumatlarda guya İranın bütün şimal sərhədinin itirilməsi və ya buna bənzər hadisələrin baş verməsi barədə əsassız iddialar mövcuddur.
Məhəccərani vurğulayıb ki, İran üçün əsas prioritetlər regionda sabitliyin qorunması, ölkələrin ərazi bütövlüyü və suverenliyi, həmçinin sərhədlərin toxunulmazlığıdır. “Biz bu prinsiplərin təmin olunmasına böyük önəm veririk və qonşu ölkələrdə xarici qüvvələrin mövcudluğuna heç vaxt sevinmirik,” – deyə o əlavə edib.
Rəsmi nümayəndə medianın məsələni şişirtməməsi və yanlış təqdim etməməsinin vacibliyini qeyd edib, İranın diqqət mərkəzində yalnız ərazi bütövlüyü, suverenlik və sərhədlərin dayanıqlığının olduğunu bildirib.
“Ən yaxşısı odur ki, region özü öz sabitliyini təmin etsin. Biz həmişə inanmışıq ki, hər bir regionun xalqları bir-birilə necə əlaqə qurmağı daha yaxşı bilirlər,” – Məhəccərani sözlərinə yekun vurub.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ