İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bunu ilk dəfə etdi: Trampa xatir ənənəni pozdu

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-a səfəri zamanı nadir bir addım ataraq ənənəsini pozub.

O, xarici səfərlərdə hər zaman yalnız öz avtomobilindən istifadə etsə də, bu dəfə Trampın dəvəti ilə ABŞ prezidentinin limuzininə əyləşib.

Məlumata görə, bu təklif Tramp tərəfindən görüşdən sonra birgə foto çəkilişdən dərhal sonra irəli sürülüb. WSJ yazır ki, Putin dəvəti qəbul edərək korteji müşayiət edən limuzinə minməkdən çəkinməyib.

Diplomatik qaydalara görə, dövlət başçıları xaricdə təhlükəsizlik səbəbindən, adətən, yalnız öz mühafizə sistemlərinin təmin etdiyi avtomobillərlə hərəkət edirlər. Bu baxımdan, Putinin qərarı analitiklər tərəfindən həm rəmzi, həm də siyasi jest kimi qiymətləndirilir.

 

Musavat.com

b0a6f2aa-e6a9-4996-8924-9d796460d58e.jpeg (99 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR