Onlayn ictimai-siyasi qəzet
Sky News-un efirində bildirilib ki, ABŞ prezidenti Donald Trampın məşhur zirehli limuzini Cadillac One-a hətta onun yaxın dostları da çox az hallarda dəvət olunurlar.
Musavat.com xəbər verir ki, indiyə qədər yalnız iki dəfə xarici liderlər bu avtomobildə Trampın yanında əyləşiblər: 2017-ci ildə Parisdə prezident Emmanuel Makron və həmin il Tokioda keçmiş Yaponiya baş naziri Sindzo Abe.
Vladimir Putinin digər dünya liderləri ilə eyni avtomobildə görüntüləndiyi bəzi məqamlar da diqqət çəkib:
Silvio Berluskoni (İtaliya) – 2003-cü ilin oktyabrında Sardiniyadakı “Çertoza” villasının ərazisində Berluskoni Putini özü avtomobildə gəzdirib;
Angela Merkel (Almaniya) – 2007-ci ildə Volfsburqdakı Volkswagen zavodunda Merkel yeni Golf-u sükan arxasında Putinə nümayiş etdirib;
Donald Tramp (ABŞ) – 2017-ci ildə G20 sammitində Hamburqda Putin özünün Mercedes Pullman Guard-ı ilə Trampı gəzdirib;
Kim Çen In (KXDR) – 2019-cu ildə Vladivostokda Şimali Koreya lideri Putini şəxsi Maybach Pullman-ında qonaq edib;
Aleksandr Lukaşenko (Belarus) – 2020-ci ildə Soçidə Lukaşenko və Putin birlikdə Aurus Senat ilə hərəkət ediblər;
Hazırkı Alyaska sammitində isə diqqət mərkəzində Putinin ABŞ lideri ilə birgə Cadillac One-da olmasıdır ki, ekspertlər bunu “həqiqətən nadir mənzərə” kimi dəyərləndirirlər.
Musavat.com
17 Avqust 2025
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ