İnsanlara hürriyət, millətlərə istiqlal!

“Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Lökbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasındakı mənzildə partlayış baş verib.

Yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.

Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.

“Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar”, - qonşulardan biri söyləyib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR