İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Si Cinpin mənə söz verdi ki, mən prezident olduğum müddətdə..."

ABŞ prezidenti Donald Tramp Çin rəhbəri Si Cinpinlə keçmişdə apardığı danışıqlarla bağlı maraqlı açıqlama verib. Onun sözlərinə görə, Çin lideri hakimiyyəti dövründə Tayvana qarşı hərbi addım atmayacağına dair şəxsən ona söz verib.

Musavat.com xəbər verir ki, Tramp çıxışında bildirib: “Si mənə dedi: ‘Sizin prezidentliyiniz dövründə mən bunu heç vaxt etməyəcəyəm’. Mən də cavab verdim: ‘Bunu yüksək qiymətləndirirəm’. O, əlavə olaraq vurğuladı ki, ‘Mən çox səbirliyəm, Çin də çox səbirli ölkədir’”.

Tramp qeyd edib ki, onun dövründə ABŞ-Çin münasibətləri gərgin olsa da, o, Si Cinpinlə şəxsi dialoq qurmağı bacarıb və bunun nəticəsində Pekinin Tayvan məsələsində ehtiyatlı davrandığını düşünür.

Xatırladaq ki, Tayvan məsələsi uzun illərdir ABŞ və Çin arasında ən ciddi geosiyasi gərginlik mövzularından biridir. Pekin Tayvanı öz ərazisi hesab edir və zəruri olduğu halda adanı “yenidən birləşdirmək” üçün güc tətbiqini istisna etmir. Vaşinqton isə rəsmi olaraq “bir Çin” siyasətini dəstəkləsə də, Tayvana silah satışını davam etdirir və adaya siyasi dəstək verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

18 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR