İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Qəzza şəhərinin mülki əhalisini təxliyəyə hazırlayır – Kütləvi köç gözlənilir

 İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Qəzza şəhərinə hücum hazırlıqları çərçivəsində mülki əhalinin təxliyəsi üçün tədbirlər görür.

Musavat.com xəbər verir ki, məlumata görə, bu səbəbdən çadır və sığınacaqların təminatına dair təchizat yenidən bərpa edilib.

Hökumətin ərazilərdə fəaliyyət koordinasiya orqanı bildirib ki, çadır və sığınacaqların Qəzzaya çatdırılması Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən təhlükəsizlik yoxlamasından sonra həyata keçiriləcək.

Məlumata görə, təxminən bir milyon insan şəhəri tərk edib Qəzza sektorunun cənub hissəsinə köçürülməlidir. Təchizatlar isə ilk dəfə altı aydan sonra bərpa olunur.

Eyni zamanda, İsrail diplomatik əlaqəsi olmayan İndoneziyaya humanitar yardımı hava yolu ilə çatdırmaq üçün icazə verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR