Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu müharibə başlayandan bəri işğal edə bilmədiyi 9 şəhərin döyüşsüz təslim olmasını istəyir
"Fox News" telekanalı anonim bir Avropa diplomatına istinadən, ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinin Donbassa tam nəzarət təklifini dəstəklədiyini yazıb.
Məlumata görə, Putin Ukraynaya qarşı razılaşma əldə etmək üçün Rusiya qüvvələrinin Donbasa tam nəzarət etməsini və digər yerlərdə döyüş xəttini “dondurmasını” təklif edib. Trampın bu təklifi dəstəkləməsi, ABŞ-ın mövqeyində ciddi dəyişiklik kimi qiymətləndirilir.Diplomatın sözlərinə görə, bu yanaşma Ukrayna ilə potensial razılaşma əldə etmək üçün Moskvaya strateji üstünlük verə bilər və regional balansda yeni gərginliklər yarada bilər.Musavat.com xəbər verir ki, Rusiya 2022-ci ilin fevral;ndan 603 min kv.km ərazisi olan Ukraynada müharibə aparır, bugünədək bu dövlətin təxminən 114 min 500 kv. km-ni ələ keçirib. Buraya 2014-cü ildə anneksiya olmunmuş Krım, eləcə də ölkənin şərq və cənub-şərqindəki geniş ərazilər daxildir. Donetsk (ərazisi 26.517 kvadrat. km) və Luqanskdan (ərazisi 26.683 kvadrat.km) ibarət Donbasda(Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir.
Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadrat kilometrinə nəzarət edirdi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4% təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərdə 2020-ci ildə administrativ ərazi dəyişiklikləri edilib.
Ağır döyüşlər gedən Mariupol rayonun (ərazisi 2,62 kvadrat kilometr) əhalisi 500 mindən bir qədər artıq olub.37 şəhəri olan Luqansk Ukraynanın vilayətləri arasında əhalinin sayına görə altıncı, ərazisinə görə isə 10-cu yeri tutur. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur.
Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.Hazırda Ukrayna Silahlı Qüvvələri Pokrovskda ağır döyüşlər aparır. Rusiya son günlər intensiv döyüşlərin getdiyi Pokrovskdan sonra təkcə Donbasda ən azı daha doqquz şəhəri – Slavyansk, Kramatorsk, Drujkovka, Konstantinovka, Mirnoqrad, Rodinskoye, Dobropolye, Liman və Severski də işğal etməlidir. Demək, Rusiya Ukraynadan ən azı 9 şəhəri döyüşsüz təslim olmasını istəyir.
Musavat.com
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ