Onlayn ictimai-siyasi qəzet
Rusiya Donetsk istiqamətində hələ də məqsədinə çata bilməyib.
Musavat.com xəbər verir ki, bu barəd Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Putin 12 ildir Donetski ələ keçirə bilmir”, – deyə Zelenski vurğulayıb.
Dövlət başçısı xatırladıb ki, Ukrayna Konstitusiyası ərazilərin təhvil verilməsinə və ya “torpaq alverinə” imkan vermir.
“Putinin çoxlu tələbləri var və biz onların hamısını bilmirik. Əgər doğrudan da eşitdiyimiz qədər tələb mövcuddursa, onların hər birinə baxmaq uzun zaman aparacaq. Bu məsələləri silahların təzyiqi altında həll etmək olmaz. Odur ki, əvvəlcə atəş dayandırılmalı, ardınca yekun razılaşma üzərində işə başlanılmalıdır. Bu barədə Vaşinqtonda danışacağıq”, – Zelenski bildirib.
Musavat.com
18 Avqust 2025
17 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ