İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Alyaska görüşünün uğursuzluğu variantı üçün xüsusi plan hazırlayıb

Alyaskada davam edən Tramp-Putin görüşü nəticəsiz bitərsə, ABŞ Rusiyaya qarşı atacağı əvvəlcədən müəyyənləşdirib.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb. Bildirilir ki, danışıqlar uğursuz olarsa, ABŞ Rusiya neftini hədəf alacaq.

Xüsusilə diqqətin Lukoyl və Transneft şirkətlərinə yönələcəyi qeyd olunur. Bundan əlavə, Rusiyanın “kölgə donanmasına” əlavə məhdudiyyətlər və Rusiyanın enerji resurslarının alıcılarına əlavə rüsum siyasətinin davam etdirilməsi daxildir. Belə olan halda Çin “tarif çəkici”nin altına düşə bilər.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR