Onlayn ictimai-siyasi qəzet
Erməni Apostol Kilsəsi (ERK) həbsdə olan Rusiyanın adamı Samvel Karapetyan və Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanın həbs müddətinin uzadılmasına etirazını bildirib.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Kilsə Ermənistanın məhkəmə sistemini tənqid edərək, onların dərhal azadlığa buraxılmasını tələb edib: “Arxiyepiskop Mikael Ajapaxyanın və milli xeyriyyəçi Samvel Karapetyanın həbs müddətinin uzadılması ilə məhkəmə ədalət prinsiplərini növbəti dəfə pozdu, məhkəmələrin hakimlərinin siyasi hakimiyyətdən tam asılılığını bir daha nümayiş etdirdi”.
Erməni kilsəsi əmindir ki, Ermənistanda məhkəmələr söz və dini etiqad azadlığının boğulması alətinə çevrilir: "Bu davranış tərzi totalitar sistemlər üçün xarakterikdir və hakimiyyətin elan etdiyi demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur. Kilsə, ruhanilər və kilsə tərəfdarlarına qarşı tətbiq edilən repressiya və informasiya terroru vicdan və ədalətin səsini boğa bilməz".
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ