Onlayn ictimai-siyasi qəzet
Ermənistanla Azərbaycan arasında ABŞ-ın iştirakı ilə imzalanmış sülh sazişi ümumi qələbədir.
Musavat.com xəbər verir ki, bunu TASS-a Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski deyib. Onun dediyinə görə, Rusiya uzun müddətdir ki, regionda sülhyaratma işləri aparır.
Agentliyin həmsöhbəti Trampın Nobel Sülh Mükafatına namizədliyini şərh edərkən deyib: “Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma haqqında bəyannamə ümumi qələbədir, ağlın qələbəsidir”.
Vodolatski iddia edir ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin başlanğıcında məhz Rusiya dayanıb, “sülhməramlı iş aparıb, Bakı ilə İrəvanın mövqelərini yaxınlaşdırıb”. Dövlət Dumasının deputatı əlavə edib ki, Rusiya tərəfi MDB strukturuna daxil olan respublikalar üçün sülh istəyir.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ