İnsanlara hürriyət, millətlərə istiqlal!

Barıt zavodunda ölənlərin sayı 11 nəfərə çatdı – Hələ də dağıntılar altında qalanlar var

Rusiyanın Ryazan vilayətində barıt zavodda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11-ə çatıb, 130 nəfər yaralanıb.

Musavat.com xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb: "Dağıntıların təmizlənməsi zamanı daha iki nəfərin cəsədi tapılaraq çıxarılıb. Hazırda ölənlərin sayı 11 nəfərdir, 130 nəfər yaralanıb".

İdarədən əlavə ediblər ki, hadisə yerində yanğınsöndürmə və xilasetmə dəstələri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin psixoloqları da işləyir.

Fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 360-dan çox canlı qüvvə və 90 texnika cəlb olunub.

Qeyd edək ki, dünən səhər saatlarında Ryazan vilayətinin Şilovski rayonunda zavodda yanğın baş verib. İlkin olaraq 5 nəfərin öldüyü, 112 nəfərin yaralandığı, daha 20 nəfərin dağıntılar altında qaldığı elan olunmuşdu.

Rusiya Telegram kanallarının məlumatına əsasən hazırda dağıntılar altında 10-dan yuxarı insan qalır. Bu isə ölü sayının artacağını göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR