Onlayn ictimai-siyasi qəzet
Ukrayna rəsmilərinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin danışıqları əhəmiyyətli məzmunlu olub, lakin hər iki liderin yanaşması fərqlidir.
Musavat.com xəbər verir ki, Rusiya və Ukrayna mətbuatına istinadən RBK Ukrayna yazır ki, görüşdən sonra gözləntilər yüksək olub. Ukrayna tərəfi hesab edirdi ki, Alyaskadakı görüş nəticəsində dərhal atəşkəsə nail olmaq mümkün olacaq. Lakin Putin buna qarşı çıxıb.
Məlumata görə, Rusiya lideri dərhal atəşkəsə razılaşmaq əvəzinə, Ukraynaya öz siyasi şərtlərini qəbul etdirməyə çalışır. Eyni zamanda, Tramp sürətli və konkret nəticələr əldə edilməsini tələb edir.
Görüşdən sonra tərəflər razılığa gəlib ki, bazar ertəsi Trampla müxtəlif detallar ətrafında əlavə danışıqlar aparılsın. Bu da qarşıdakı diplomatik prosesin davam edəcəyini göstərir.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ