İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə Putinin o dəhşətli mesajı çatdırılıb - Axios nəşri açıqladı

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsi ilə bağlı verdiyi yeni açıqlama beynəlxalq medianın diqqət mərkəzinə çevrilib. “Axios” nəşrinin məlumatına görə, Tramp həm Ukrayna prezidenti Vladimir Zelenskiyə, həm də NATO ölkələrinin liderlərinə Putinin mövqeyi barədə məlumat verib.

Məlumata əsasən, Tramp bildirib ki, Kreml rəhbəri Vladimir Putin hazırkı mərhələdə sadəcə atəşkəsə maraq göstərmir və münaqişəni yalnız hərtərəfli, kompleks razılaşma ilə başa çatdırmaq istəyir.

ABŞ prezidenti FED-in qərarlarında söz sahibi olmalıdır" - Tramp Sitat.info

ABŞ prezidenti fikirlərini belə ifadə edib: “Mən hesab edirəm ki, sürətli sülh sazişi atəşkəsdən daha yaxşıdır.”

Diplomatik müşahidəçilərin sözlərinə görə, Trampın bu açıqlaması həm ABŞ-ın vasitəçilik niyyətlərini, həm də Alyaska sammitində əldə olunmuş razılaşmaların çərçivəsini ortaya qoyur. Ekspertlər bildirirlər ki, Vaşinqtonun dərhal atəşkəsə nail olmaq planı suya düşüb. Trampın "dünyanı qurtaran dahi olmaq" xəyalları da nəm çəkib. İndi aydın olur ki, cəbhədə üstünlüyü əla almışkən Rusiya dayanmayacaq və işğal prosesini davam etdirəcək.

Musavat.com bildirir ki, həm Tramp, həm də Rusiya prezidenti Putin sammitdən sonra verdikləri bəyanatlarda Ukrayna ilə bağlı irəliləyişlərin əldə olunduğunu desələr də, əslində heç bir real irəliləyişdən danışmaq mümkünsüzdür.

Alyaska sammitinin bir yekunu var: şərtlər Ukrayna üçün daha da pisləşdi və ondan tam kapitulyasiya tələb olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR