Onlayn ictimai-siyasi qəzet
Bakıdan Lənkərana gedərək qız qaçırmaq istəyən şəxsləri kənd sakinləri saxlayıb. Hadisə yerinə qızın valideynləri çağırılıb.
Musavat.com xəbər verir ki, Bakıda, Binə qəsəbəsində yaşayan Nahid “TikTok”da tanış olduğu Laləni (ad şərtidir) qaçırmaq üçün Lənkərana gedib. İstintaqla müəyyən edilib ki, ona kömək etmək məqsədi ilə atası Mübariz də Lənkərana gedib.
Onlar 8-ci sinif şagirdi olan Laləni məktəbdən çıxan zaman maşına əyləşdirmək istəyiblər. Bunu görən kənd sakinləri müdaxilə edərək qızın valideynlərinə məlumat veriblər. Hadisə yerinə polis əməkdaşları gəlib.
Qızın valideynləri övladlarını qaçırmaq istəyən Nahid və Mübarizə hücum ediblər. Qızın atası Mübarizə yumruq zərbəsi vurub. Lalənin anası da Nahidə şillə vurub. Bu hadisəyə görə Lalənin valideynləri də məsuliyyətə cəlb edilib.
2011-ci il təvəllüdlü qızı qaçırmağa cəhd edən ata və oğlu da ayrıca məsuliyyətə cəlb edilib.
İ.Muradov
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ