İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ razılaşsa, Çin Azərbaycan-Ermənistan nəqliyyat dəhlizindən istifadə edəcək  

Vaşinqton qadağa qoymasa, Ermənistan və Azərbaycan arasında ABŞ tərəfindən idarə olunacaq nəqliyyat dəhlizi Çin və Avropa arasında ticarət yolunun bir hissəsinə çevrilə bilər.

Musavat.com xəbər verir ki, bu məlumatı Bloomberg adı açıqlanmayan türk rəsmilərinə istinadən yayıb.

Onların fikrincə, dəhlizi idarə etmək üçün müstəsna hüquq ABŞ-a ondan necə istifadə olunduğunu müəyyən etmək üstünlüyü verəcək. Buna görə də Vaşinqtonun mövqeyi Çin də daxil olmaqla, əsas ixracatçıların dəhliz vasitəsilə ticarət əlaqələri qura bilib-bilməyəcəklərini müəyyən edəcək. Agentliyin qeyd etdiyinə görə, Türkiyə bu dəhliz vasitəsilə Çin və Avropa arasında ticarət əlaqələrini artırmaq üçün potensial görür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR