Onlayn ictimai-siyasi qəzet
"Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də TikTok-da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar.
Növbəti belə şər və yalan məlumat isə bugünlərdə TİK-Tokda yayılmışdır. Bu xəbərə görə guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm".
Musavat.com bildirir ki, bu barədə millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili yayılan məlumatı tamamilə böhtan və absurd iddia adlandırıb:
"Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycanlıyam. Ailəmin 1987–1991-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilmiş və Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.
Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və troll yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaq".
Xalidə Gəray
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ