İnsanlara hürriyət, millətlərə istiqlal!

Stiven Siqal Rusiyada biznes QURDU

Dünya şöhrətli aktyor Stiven Siqal Rusiyada tullantıların təkrar emalı sahəsində biznes qurub.

Musavat.com xəbər verir ki, bu barədə “Mash” telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkət yalnız tullantıların emalı ilə məşğul olmayacaq, həm də qida, geyim, siqaret, təyyarə satışı və nanotexnologiya sahələrində elmi tədqiqatlar aparmaq imkanına malikdir.

Həmtəsisçilər arasında Siqalin oğlu Dominik və Moskva vilayətində tullantıların təkrar emalı zavodlarının tikintisi ilə məşğul olan iş adamı Mixail Zamarin, eləcə də onun iki köməkçisi yer alır.

Zamarin “Mash”a verdiyi açıqlamada bildirib ki, Stiven Siqalla birləşərək OOO “Hikari” şirkətini yaradıb.

Şirkət satış fəaliyyəti ilə yanaşı, çirkli plastikin təkrar emalını həyata keçirəcək.

Qeyd olunur ki, hazırda Rusiyada tullantıların yalnız 4%-i emal olunur, sahibkarlar isə bu göstəricini 20%-ə çatdırmağı hədəfləyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR