İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən Netanyahunun “erməni soyqırımı” bəyanatına SƏRT REAKSİYA

Türkiyə İsrail baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələrinə dair qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir:

"Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmişin ağrılı səhifələrindən siyasi məqsədlər üçün istifadə cəhdidir. Fələstin xalqına qarşı törədilən cinayətlərdə roluna görə mühakimə olunan Netanyahu özünün və hökumətinin əməllərini ört-basdır etməyə çalışır. Biz tarixi və hüquqi faktlara uyğun olmayan bu bəyanatı qətiyyətlə qınayır və rədd edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR