İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan ABŞ səfiri ilə Vaşinqton razılaşmalarını MÜZAKİRƏ ETDİ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvini qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi çərçivəsində Vaşinqtonda əldə olunmuş razılaşmalar müzakirə olunub.

Qriqoryan bildirib ki, regionda kommunikasiyaların açılması yalnız ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipi əsasında baş tutacaq.

Tərəflər həmçinin Ermənistan–ABŞ ikitərəfli münasibətlərinin gündəliyini və gələcək addımları müzakirə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR