İnsanlara hürriyət, millətlərə istiqlal!

Beşinci Lula?- Braziliyada Klon serialı bitmişdi, amma şayiələr davam edir

Braziliya prezidenti Luis Inasiu Lula da Silva bildirib ki, ona qarşı məqsədyönlü dezinformasiya kampaniyası aparılır və bunun məqsədi onun nüfuzunu sarsıtmaqdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hətta onun öldüyü və hazırkı dövlət başçısının klon olduğu barədə iddialar da ortaya atılıb.

Lula, 79 yaşında olmasına baxmayaraq, Ekvador prezidenti Daniel Noboa ilə görüşmək üçün iqamətgahın pilləkənlərini qaçaraq qalxdığı videonu xatırladıb və qeyd edib ki, bu an belə “onun klonu olduğu” barədə uydurmaların mövzusu olub.

Braziliya lideri məsələni ironik şəkildə şərh edərək bildirib ki, artıq “beşinci Lula da Silva”ya çevrilib və 120 yaşına qədər yaşamağı ümid edir. O vurğulayıb ki, belə saxta xəbərlər siyasi rəqiblərinin onun 2026-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindən narazı olmalarına görə yayılır.

Lula xatırladıb ki, onun ilk prezidentliyi artıq rəqiblər arasında gərginlik yaratmışdı, ardıcıl iki müddət isə onların narazılığını daha da artırmışdı. Hazırda davam edən üçüncü müddəti isə ölkədəki siyasi vəziyyəti daha da kəskinləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR