İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım təzədən BOMBALANDI, dron bazası və rus elit bölmələri MƏHV edildi - CANLI

Ukrayna Hərbi Dəniz Qüvvələri Krımdakı Xersones aerodromunda rusların pilotsuz uçan aparat (PUA) bazasına zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna telegram kanalları məlumat yayıb. Məlumatda bildirilir ki, hücum nəticəsində Qara dənizdə yerüstü vəziyyəti izləmək üçün istifadə edilən 3 “Mohajer-6” və 2 “Forpost” PUA məhv edilib.

Ukraynanın Kəşfiyyat Baş İdarəsi məlumat verib ki, Qara dənizdə beş rus dalğıc məhv edilib. Hadisə zamanı bir Ukrayna döyüş dronu Novorossiysk körfəzinə keçib.
Rusiya elektron mübarizə vasitələrinin təsiri nəticəsində dron idarəetməni itirərək sürüklənməyə başlayıb. Rusiya komandanlığı dronu körfəzdən götürərək araşdırma aparmaq qərarına gəlib.
Ukrayna Kəşfiyyat Baş İdarəsinin açıqlamasına görə, dronla manipulyasiya zamanı baş verən partlayış nəticəsində bütün beş rus dalğıcı həlak olub.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Heydər Oğuzla gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR