Onlayn ictimai-siyasi qəzet
Hollandiya hökumətinin Yeni Sosial Müqavilə Partiyasından olan bütün üzvləri həmkarları, xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkampın ardınca istefa vermək qərarına gəliblər. Musavat.com xəbər verir ki, məlumatı NOS telekanalı yayıb.
Məlumata görə, sözügedən partiyadan olan bütün nazir və nazirliklərin dövlət katibi səlahiyyətlərini icra edən şəxslər Veldkampın mövqeyi ilə həmrəy olaraq istefa verəcək. Onların arasında baş nazirin müavini vəzifəsini icra edən Eddi van Heum, Daxili işlər və təhsil naziri səlahiyyətlərini icra edən Cudit Outermark və Eppo Bruins, səhiyyə naziri vəzifəsini icra edən Daniel Jansen və dörd dövlət katibi var.
Bu qərara səbəb Qəzza zolağında hərbi əməliyyatlar fonunda İsrailə qarşı əlavə tədbirlərin tətbiqi məsələsində hökumətdə konsensusun olmaması olub.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ