Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş katibi Mark Ryutte ilə keçirdiyi mətbuat konfransında bildirib ki, son görüşdə Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunmasını öz üzərinə götürməyi təklif edib.
Musavat.com xəbər verir ki, Zelenskinin sözlərinə görə, hələlik bütün ölkələrin Ukraynaya təhlükəsizlik zəmanətlərini necə verəcəklərini söyləmək tezdir.
“Bütün infrastruktur planı dəqiq şəkildə hazırlanandan sonra kimin, nə ilə və necə məşğul olacağı aydın olacaq”, – deyə Ukrayna lideri vurğulayıb.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ