İnsanlara hürriyət, millətlərə istiqlal!

Overçuk: Rusiya və Azərbaycan Xəzərdə kruiz daşımalarına başlayacaq

Moskva və Bakı Xəzər dənizində kruiz sərnişindaşımalarının təşkili və regionda turizmin inkişafı istiqamətində razılıq əldə ediblər.

Musavat.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan–Rusiya hökumətlərarası komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə Xəzər dənizində sərnişin gəmiləri ilə kruiz marşrutlarının açılması planlaşdırılır. Bu marşrutlar turistlərə Xəzəryanı ölkələrin dəniz limanlarını ziyarət etmək imkanı verəcək.

Overçuk əlavə edib ki, tərəflər kruiz daşımalarının dəstəklənməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə addımlar atmaq barədə razılaşıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR