Onlayn ictimai-siyasi qəzet
Lənkəran şəhərində yaşayış evinin beton pilitədən ibarət hasarının uçması nəticəsində qadın xəsarət alıb.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 1964-cü il təvəllüdlü Brilyant Davud qızı Babayevanın fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ