İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: Putin və Trampın görüşü müsbət keçdi, suallara ehtiyac olmadı

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampla keçirilən görüşün çox pozitiv məzmunlu olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, liderlərin görüşdən sonra verdiyi bəyanatlar kifayət qədər geniş və əhatəli olduğundan mətbuat konfransında jurnalistlərin suallarına ehtiyac duyulmayıb.

“Putin və Trampın söhbəti qarşılıqlı etimad və əməkdaşlıq ruhunda keçdi. Bu dialoq gələcəkdə münaqişələrin həlli yollarını birgə axtarmaq üçün daha inamlı addımlar atmağa imkan verir”, – deyə Kreml nümayəndəsi əlavə edib.

Peskov həmçinin vurğulayıb ki, tərəflərin dialoqu davamlı və səmərəli olarsa, bu, beynəlxalq vəziyyətin sabitləşməsinə ciddi töhfə verə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR