İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın fəlakəti olacaq “Flaminqo” raketləri gəlir: Ukrayna elə bir silah hazırlayıb ki…

Musavat.com xəbər verir ki, Associated Press-in fotoqrafı Yefrem Lukatskinin yaydığı görüntülərdə Ukraynanın yeni hazırladığı “Flamingo” ballistik raketi əks olunub.

Məlumata görə, bu raket artıq seriyalı istehsal mərhələsinə keçib və təxminən 3 min kilometr məsafəni vurmaq imkanına malikdir.

Hərbi ekspertlərin fikrincə, bu raketlərin döyüş arsenalına daxil edilməsi Rusiyanın strateji obyektləri, o cümlədən Moskva və digər böyük şəhərləri üçün ciddi təhlükə yaradır. Ukraynanın belə bir imkan əldə etməsi müharibənin gedişatında tamamilə yeni mərhələ açır.

Hazırkı dövrə qədər Rusiya-Ukrayna qarşıdurması əsasən pilotsuz uçuş aparatları və qısa-orta mənzilli raketlərin istifadəsi ilə səciyyələnirdi. Lakin “Flamingo”nun işə salınması müharibəni daha ağır və fəlakətli səviyyəyə daşıya bilər. Bu isə Moskvanın cavab zərbələri riskini artırır və regionda vəziyyəti daha da gərginləşdirir.

Ekspertlərin proqnozuna görə, əgər ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə aparılan sülh planı uğursuzluğa düçar olsa, “Flamingo” raketlərinin istifadəsi yaxın aylarda Rusiya-Ukrayna müharibəsini daha faciəli bir müstəviyə çıxara bilər.

Nə olursa-olsun, Ukraynanın belə bir ballistik raket istehsal etməsi Kreml üçün xoş xəbər deyil. Bu silah Rusiyanın hərbi və siyasi balansını sarsıdacaq, ölkənin təhlükəsizlik arxitekturasını təhdid edən ən ciddi amillərdən birinə çevriləcək.


Musavat.com

photo_2025-08-17_23-42-46.jpg (93 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR