Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə “ilkin şərt olmadan” danışıqlara çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
"Məqsəd prezident Zelenskinin də iştirak edəcəyi sammit olmalıdır. Orada atəşkəslə bağlı razılaşma əldə edilməlidir. Ukraynaya etibarlı təhlükəsizlik təminatları lazımdır. Ərazi məsələləri yalnız ukraynalıların razılığı ilə həll oluna bilər. Biz Ankoricə gedən yolda bu siqnalları açıq və yekdilliklə prezident Trampa çatdırdıq. Mən bu məsələ ilə bağlı onunla daimi əlaqə saxlayıram", - deyə Merts bildirib.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ